Azərbaycanİran

İran mediası növbəti dəfə sayıqlayıb: “Bakının təhdidinə cavab: SEPAH-ın Quru Qoşunları Araz bölgəsində hərbi təlim keçirir”

İranlı jurnalist və siyasi ekspert Əbdürrəhman Fətullahi bu ölkənin Xarici İşlər Nazirliyinə bağlı “İran Diplomatiyası” saytında Azərbaycana qarşı hədyan və təhdid dolu fikirlər səsləndirib:

“Qafqaz regionunda Azərbaycan ilə Ermənistan arasında sərhəd gərginliyinin yeni mərhələsinin başlamasından və Bakının aqressiv yanaşmasından sonra bölgədə (Cənubi Qafqaz) baş verən proseslər İran üçün ciddi həssaslıqla müşayiət olunub:

Xüsusilə bir çox analitiklər, ekspertlər və müşahidəçilər hesab edir ki, Azərbaycan Türkiyənin dəstəyi ilə praktiki olaraq Ermənistan ərazisinin bir hissəsini işğal edərək xəyali Zəngəzur dəhlizini İrəvana sırımaq üçün rıçaq olaraq bu yeni münaqişədən maksimum yararlanmağa çalışır.

Bu halda isə İranın qırmızı xətləri, yəni Qafqaz regionunun geosiyasətinin dəyişməməsi və Ermənistanla ümumi sərhədinin kəsilməməsi nəzərə alınmayacaq.

Odur ki, oktyabrın 17-də Ərdəbil və Şərqi Azərbaycan əyalətlərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının iştirakı ilə Araz çayının ümumi ərazisində hərbi təlimin əsas mərhələsinin keçirilməsi bəlkə də bu hadisələr və toqquşmalarla o qədər də əlaqəsiz deyil…”.

Related Articles

Bir cavab yazın

Back to top button