İran

İran mediası Ukraynaya qarşı təbliğat aparır

Xüsusilə İran İnqilab keşikçiləri Korpusuna bağlı media qurupları Ukrayna ordusunun Mariopolda qırğın törətdiyini iddia edir.

İran mediası, özəlliklə İran İnqilab keşikçiləri Korpusuna bağlı media qrupları Ukraynaya qarşı geniş təbliat aparmaqda və Ukrayna ordusunun Mariopolda qırğın törətdiyi barədə informasıyalar yaymaqda davam edir.

Onlar “Donets Xalq Respublikası” rəhbərliyinə istinadə Ukrayna hərbçilərinin dinc əhalini atəşə tutduqları və yaşayış yerlərini hədəf aldıqlarını iddia edirlər.

Bununla yanaşı adı çəkilən media qurupları Ukrayna hökumətini müstəqil media nümayəndələrinin müharibə barədə xəbər yaymasına mane olduğunu, onlara qarşı basqı uyğuladığını yazır.

“Ukrayna hökuməti bir çox siyasi partiya və mediya orqanlarının fəaliyyətini qanunsuz adlandıraraq dayandırıb”-deyə, məlumatda bildirilir.

Qeyd edək ki, bir neçə gün bundan öncə Rusiya ökuməti müharibə barədə qeyri-rəsmi məlumat yayan media qurumları və sosial media fəallarına qarşı ağır cəzaların tətbiq ediləcəyi barədə qanunun qəbul edilməsinin vacibliyini bildirib və onlarla media fəalı həbs olunub.

Related Articles

Bir cavab yazın

Back to top button