Azərbaycanİran

İran mediasında Azərbaycana qarşı təhdid və qarayaxma kampaniyası davam edir

İranın Avrasiya məsələləri üzrə eksperti Azərbaycan və onun Prezidenti haqqında sərsəm iddialar səsləndirib.

Əhməd Kazemi iddia edib: “SEPAH-ın keçirdiyi hərbi təlim Bakını geri oturtdu / NATO Rusiyadan Qafqazda intiqam almaq istəyir”.

İranlı ekspert “Khabar Online” saytına müsahibəsində deyib: “NATO-nun planı olanTuran dəhlizinin tikintisi uğursuzluğa düçar olub və SEPAH-ın təlimindən sonra Azərbaycan hökuməti bu dəhlizin tikintisinə tərəddüdlə yanaşır.

Bildiyiniz kimi, Azərbaycan Naxçıvanla kommunikasiya yolları vasitəsilə əlaqə qurur və bu yolların, keçdiyi ölkənin ixtiyarında olması təbii olsa da, Azərbaycan bu bəhanə ilə yeni böyük dəhlizin açılmasına çalışır. Amma “NATO-nun Turan dəhlizi”nin tikintisinin pərdə arxası planı üç ölkənin, yəni İran, Çin və Rusiyanın maraqlarına zərbə vurur. Çünki Qafqaz və Mərkəzi Asiya bu 3 ölkə ilə qonşudur

“NATO Turanı dəhlizi” yaradılacağı  və Ermənistanın cənubu parçalanacağı təqdirdə sionist rejim və İngiltərə İran, Rusiya və Çinin tranzit və enerji mübadiləsi layihələrinə ciddi ziyan vura və eyni zamanda NATO-nun genişlənməsi ilə pantürkizm layihələrinin Mərkəzi Asiyaya yayılmasına səbəb ola, həm də İngiltərənin 200 ildən bəri sərmayə qoyduğu etnik qarşıdurmalar layihəsinin yayılmasına səbəb ola bilər.

Dəhliz planının həyata keçirilməsi üçün bir sıra hazırlıqlar görülür. Biz Zəngilanda ağır yük təyyarələrini qəbul etmək gücünə malik böyük hava limanınım tikildiyinin şahidi olduq. Laçında da hava limanı tikməyi planlaşdırırlar.

Onların fikrincə, bu layihələr NATO Turanı dəhlizinin yaradılması layihəsini asanlaşdırmaq üçündür, lakin bu dəhlizin tikintisi Rusiya, Çin və İran üçün qırmızı xətt hesab olunur.

İslam Respublikası Araz ətrafında güc nümayişi və bu son hadisələrlə bağlı dron və raket əməliyyatı ilə qırmızı xətlərini aydınlaşdırdı. Qonşu ölkədən başqa Azərbaycan  xalqı da bu dəhlizin tikintisinə və regionda gərginlik yaradan siyasətə tərəfdar çıxmır.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, sionist rejimin bir çox digər planları kimi NATO Turanı dəhlizinin tikintisi layihəsi da iflasa uğrayıb.

İlham Əliyev çox gözəl bilir ki, bu layihələrin həyata keçirilməsinin bədəli qazancından qat-qat baha başa gələr. Bu dəhliz planı Azərbaycanın cənubunda talış, şimalda ləzgi, həmçinin Naxçıvanda etnik xalqları aktivləşdirə bilər.
SEPAH-ın “Qüdrətli İran” təlimindən sonra Azərbaycanın müdafiə naziri sionist rejimin hərbi naziri və Türkiyənin müdafiə naziri ilə görüşmək üçün Türkiyəyə gedir, çünki Azərbaycan hökuməti belə qənaətə gəlib ki, NATO-nun Turan dəhlizi Əliyevlərin hakimiyyətdə qalmasını çətinləşdirə bilər. Amma bununla belə, onlar NATO və sionist rejim qarşısında öhdəliklərini yerinə yetirməyə çalışırlar”.

Related Articles

Bir cavab yazın

Back to top button