İran

İran mediasından növbəti təxribat: “İrəvanda İran bayrağı, Bakıda isə İsrail bayrağı dalğalanır!”

Son günlər Ermənistanın Azərbaycana qarşı cəbhədə hərbi təxribatına qərəzli yanaşan İranın “Noandish” saytı iddia edib:

“Bakı ilə Ermənistan arasında gərginlik yenidən artıb və görünür, Əliyev Türkiyə və İsrailin dəstəyinə arxalanaraq son məqsədinə, yəni İranla Ermənistan arasında sərhəd əlaqəsini kəsməyə can atır.

Ermənistanla Azərbaycan sərhəd toqquşmaları yenidən iranlı istifadəçilər arasında reaksiya dalğasına səbəb olub və onlar Tehranla İrəvan arasında tarixi əlaqələrə, həmçinin Sünik vilayətinin geosiyasi əhəmiyyətinə toxunaraq, Əliyev hökumətinin ekspansionizminə qəti reaksiyanın zəruriliyindən danışırlar.

İranlı istifadəçi İrəvanda İran bayrağının dalğalanmasını əks etdirən aşağıdakı şəkli yerləşdirib və yazıb:

“Müsəlman paytaxtında İsrail bayrağı, xristian paytaxtında isə bizim bayrağımız: eyni dilə, dinə görə Əliyevə dəstək verilməli olduğunu deyənlər indi haradadır?!”.

https://bit.ly/3BJXK9a

Related Articles

Bir cavab yazın

Back to top button