İran

İran Milli Qazıntı Şirkətinin işçiləri hadisə zamanı yaralanıb

İranın Milli Qazıntı Şirkəti 56-cı dəkəldə hadisənin olduğunu və dəkəl işçilərindən ikisinin ağır yaralandığını təyid edib.
Şirkət bu olay barədə 3 gün yubanma ilə bildiriş nəşr edərək yazıb ki, hadisə Şəhrivər ayının 18-də İlam ustanın Təng Bicar bölgəsində 56 nömrəli Fəth dəkəlinin yerinə qoyulması əməliyyatı vaxtı olub. Əməliyyat zamanı iki işçi yaralanıb.
Həmin şirkət qazıntı dəkəlində olmuş olayın ayrıntıları və mahiyyəti barədə açıqlama verməyib. Bildirib ki, olay Şəhrivər ayının 18-i günortadan sonra saat 14:15 dəqiqədə olub. İşçilərdən Kərim Səxiri və dəsqahın səkkiz işçisi əl nahiyəsindən kəskin yaralanıb. başqa bir işçi isə cüzi xəsarət alıb.
Həmin bildirişdə deyilir ki, İranın Milli Qazıntı Şirkətinin amil müdirinə hadisənin ilk anlarında bilgi verilib.
Şirkətin bildirişində vurğulanıb ki, “hadisə barədə məcazi məkanda hər hansı sənədsiz nəzərlər bildirilmiş olarsa, şirkət nəzərini bildirən şəxsin təqibə məruz qoyulması haqqını özündə saxlayır.
Bildirək ki, 56 nömrəli Fəth dəkəli İranın Milli Qazıntı Şirkətinin quruluqda ilk ağır qazıntı dəkəli olaraq 2 il öncə yeniləşdirilib və əsasli təmir olunub.

Related Articles

Bir cavab yazın

Back to top button