İran

Əliriza Fərşi açıq məktub yazıb

Güney Azərbaycanlı fəal Əliriza Fərşi Fəşafuyə Zindanından Məhkəmə Qüvvəsinin rəisinə açıq namə yazıb. Şəhrivərin 19-u yazılan namədə, əmniyyət qüvvələrinin qanunsuz davranışları şərh edilib. Fəal bu davranışlara qarşı ölçü götürülməsini istəyib.
Fərşinin nəşr olunmuş naməsində bazcularından birinin sözləri qeyd olunub. “Mən özüm sənin şikayətçin, bazpursun, qazin, dadsitan və zindançınam. Mənə tabe olmaqdan savayı başqa seçiminiz yoxdur. Hətta təyin edilmiş cəzalarına görə endirim istəsən belə yenə mənə müraciət etməlisən. Bütün azərbaycanlı fəallar, hətta fərhəngi, qanuni və başqa yollarla fəaliyyət göstərənlər, istisnasız, pantürk və təcziyə tələbdirlər. Onların heç birinə, hətta pasdar, ərteşi, bəsici, şəhid övladı, savadlı və ya savadsızına da etimad etmək olmaz”,-deyə bazcu Fərşiyə bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button