İran

İran minlərlə əfqan qaçqını Əfqanıstana geri qaytarıb

İran hökuməti Talibandan qaçaraq bu ölkəyə sığınan minlərlə əfqan mühaciri öz ölkələrinə geri qaytarıb. Bu haqda İranın "Şərq" qəzeti xəbər yayıb.

İran hökuməti Talibandan qaçaraq bu ölkəyə sığınan minlərlə əfqan mühaciri öz ölkələrinə geri qaytarıb. Bu haqda İranın “Şərq” qəzeti xəbər yayıb. Bildirilir ki, təkcə İranla sınırda yerləşən Hirmənd bölgəsində yaşayan bəziləri, habelə ailə və uşaqları ilə İrana sığınan 3 min əfqan nizami də geri göndərilib. Qəzetin yazdığına görə, nizamilərin geri göndərilməsi İranla Talibanın bu məsələdə əldə etdiyi razılaşma çərçivəsində baş tutub və sınır bölgələrindəki müvəqqəti qaçqın orduqahları da bağlanıb. Qəzet bölgə məsullarından birinə istinadla artıq heç bir orduqahın fəaliyyət göstərmədiyini, bütün qaçqınların Əfqanıstana geri göndərildiyini qeyd edib. Xatırladaq ki, İranın Daxili İşlər baxanı bir müddət öncə bildirmişdi ki, ölkəyə 2 ay öncə bu gün baş verənləri və Əfqanıstandan çox sayda qaçqın axınının olacağını ön gördüyündən sınır bölgələrində onları qəbul etmək üçün orduqahlar qurub. Amma “Şərq” qəzetinin bölgədə olan jurnalisti orada bir nəfər belə əfqan qaçqının qalmadığını və məsul şəxslərin onların hamısını ölkələrinə geri qaytardıqlarını bildirdiyini qeyd edib

Related Articles

Bir cavab yazın

Back to top button