Azərbaycanİran

Iran Molla rejiminin növbəti oyunu-Azərbaycanın axtarışa verdiyi “Hüseyniyyun”un rəhbərləri İranda niyə həbs edildi?

Iran Molla rejiminə bağlı terrorçu "Hüseyniyyun" qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov 5 gün öncə Qum şəhərində həbs olunublar.

Iran Molla rejiminin bu addımının arxasında bir məkrli planın olduğunu istisna edilmir.

Çünki adıçəkilən şəxslər İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Azərbaycan dəfələrlə həmin şəxslərin İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyini bildirmiş və cinayətkarların təhvil verilməsini tələb etmişdir.

Lakin buna baxmayaraq İran həmin şəxslərin Azərbaycana qarşı fəaliyyət göstərmələri üçün daha da münbit şərait yaratmışdır.

Related Articles

Bir cavab yazın

Back to top button