İran

İran: mövqeyimizdən geri çəkilməyəcəyik.

Neftali Bint bu sözləri İranın nüvə bərnaməsi barədə məsləhətləşmələr üçün İsrailin savunma və ittilaat yüksək məqamları ilə Vaşinqtona səfər edəcəyi ilə eyni vaxtda deyib

İsrailin baş baxanı Neftali Bint dünən Azər ayının 14-ü dünya güclərindən istəyib ki, BƏRCAM anlaşmasını dirçəltməyə nüvə danışıqlarında İrana qarşı “qətiyyətli mövqe” tutusunlar. Neftali Bint bu sözləri İranın nüvə bərnaməsi barədə məsləhətləşmələr üçün İsrailin savunma və ittilaat yüksək məqamları ilə Vaşinqtona səfər edəcəyi ilə eyni vaxtda deyib.
O, İsrailin kabinəsinin toplantısında deyib: “Vienada İranla danışıqlar edən ölkələrin hər birindən istəyirəm ki, İrana qarşı qətiyyətli və çətinləşdirici mövqe tutsunlar və iranlı məqamlara aydınca bildirməlidirlər ki, danışıqların getməsi ilə yanaşı uraniumun zənginləşdirməsini də davam etdirmək olmaz. İran yol verdiyi pozuntuların cəzasını ödəməlidir”.
İsrailin cümhur başqanı İshaq Hertzuk da Azər ayının 14-ü bu ölkədə Amerikanın yeni səfiri Tomas Naydz ilə görüşüb ustuvarnaməsini alarkən deyib: “ölkəmiz düna camiəsinin İranla danışıqlarını sıx izləyir. İsrail İranla hərtərəfli bir diplomatik yolulunu alqışlayır, amma genə də İrana qarşı bütün seçimləri masa üzərində saxlayırıq. Dünya camiəsi İrana qarşı güclü mövqe tuta bilməsə İsrail özü belə bir mövqe tutacaq. İsrail, bununla da özünü qoruyur.”.
İranın dış işlər baxanın sisyasi müavini və Viena danışqılarında İran heyətinin başçısı Əli baqiri Kəni isə bu zəmində İtalianın Ansa xəbər angentliyinə bildirib ki, BƏRCAM-a qayıdış üçün ilk addım olaraq Amerika bütün təhrimləri tamamilə ləğv etməlidir. İran bu yolda öz istəkləri və mövqeyindən geri çəkilməyəcək.

Related Articles

Bir cavab yazın

Back to top button