Bölgəİran

İran müəyyən sayda ballistik raketi İraqa daşıyıb

İranın İraqa gizli ballistik raket atdığı iddia edilib.

Bu barədə “The New York Times” məlumat yayıb. ABŞ hərbi və kəşfiyyat mənbələrinə görə, İran, İraqdakı xaosdan faydalanaraq bu ölkədə qısa mənzilli ballistik raketlərin gizli bir arsenalını qurub. Qəzetin yazdığına görə, İraqdakı İran hakimiyyətinin nəzarətində olan “şiə birləşmələri” raketlərin gizli şəkildə bu ölkənin ərazisinə keçirilməsinə kömək edir:”ABŞ və ya İsrailin İrana hücumu halında bu ölkənin hərbi qüvvələri İsrailə və ya Körfəz ölkələrinə qarşı qisas almaq üçün İraqda gizlənmiş raketlərdən istifadə edə bilər” deyə məqalədə bildirilir.

Beləliklə, ölkə xaricində raketlərin olması “ehrana bir çox üstünlük verir. NYT-nin verdiyi məlumata görə, İsrailin İran raketlərini məhv etmək üçün zərbələrinə baxmayaraq, Tehran İraqa silah ötürməyə davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button