DünyaİranSiyasət

İran naziri OPEK-in dağılacağını güman edir

İranın neft naziri Bijan Namdar Zanqane Tehranın OPEK tərəfindən gələn bütün təhdidlərə cavab verəcəyini bildirib.

Aznews.tv-nin Reuters-ə istinadən məlumat verir ki, mayın 2 OPEK-in baş katibi Məhəmməd Barkindo ilə görüşün nəticələrinə dair bəyanatında nazir, təşkilatın bəzi üzvlərinin İrana qarşı birtərəfli addımlarının OPEK-in dağılmasına səbəb ola biləcəyini qeyd edib.

Reuters qeyd edir ki, bu sözlər ilk növbədə Səudiyyə Ərəbistanına ünvanlanıb: rəsmi Ər-Riyad ABŞ-ın İrana qarşı sanksiyaları sərtləşdirmək barəsində qərarını alqışlayaraq, bütün müştərilərini tələblərini ödəmək üçün may ayında neft hasilatını genişləndirməyə qərar verib.

Zanqane isə, öz növbəsində, Tehrana təhdid edən bütün OPEK ölkələrinə lazımi cavabı verəcəyini vurğulayıb.

“İran yalnız öz maraqlarına uyğun olaraq OPEK-in üzvüdür. Əgər təşkilatın ayrı-ayrı üzvləri İranı qorxutmaq və ya təhdid etmək istəyirsə, biz onlara cavab verməkdən çəkinməyəcəyik”, – deyə nazir bildirib.

Öz növbəsində Barkindo da razılaşıb ki, təşkilatın bəzi üzvlərinin birtətərfli qaydada İrana qarşı tədbirlər görməsi bir xeyir verməyəcək.

“OPEK həmişə qərarları kollektiv şəkildə qəbul edib”, – deyə baş katib vurğulayıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button