İran

İran neft ehtiyatlarının 3/4-nü itirmək təhlükəsi ilə üzləşib

"Aznews tv" xəbər verir ki, Mohsen Xocəstemehr dekabrın 20-də açıqlamasında bildirib ki, yerin altındakı təbii sərvətlər üstünlük hesab edilmir. Önəmli olan, neftin çıxarılması və hasilat həcmidir.

İran Milli Neft Şirkətinin rəisi deyib ki, İrandakı mövcud texnologiya ilə ölkədəki neft ehtiyatlarının 30%-dən daha azını çıxarmaq mümkündür və bu, yerin altında yüz milyardlarla barel neftin məhv olması deməkdir.

“Aznews tv”  xəbər verir ki, Mohsen Xocəstemehr dekabrın 20-də açıqlamasında bildirib ki, yerin altındakı təbii sərvətlər üstünlük hesab edilmir. Önəmli olan, neftin çıxarılması və hasilat həcmidir.

İran neftinin 3/4-nün məhv olması məsələsi yeni deyil və son 20 il ərzində daim İranın və beynəlxalq təşkilatların rəsmi hesabatlarında yer alıb.

Əslində İranda yerin altında 800 milyard barel neft ehtiyatları, habelə qaz kondensatı var. Lakin beynəlxalq statistik rəqəmlərdə İranda hasil oluna bilən neft ehtiyatları həmişə 160-165 milyard barel kimi göstərilir.

Bu ölkədəki hasil edilə bilən qaz ehtiyatları isə 45-50 milyard barel təxmin edilir.

Qeyd edək ki, İranın təbii sərvətlərinə görə dünyada 5-ci yerdə olmasına baxmayaraq, əhalisinin böyük hissəsi yoxsulluq həddinin altında yaşayır. Bunun səbəbi isə hər kəsə aydındır: İran dövlət rəsmilərinin bütün gəlirləri nüvə-raket proqramlarına, habelə proksi qruplaşmalara və terrorçuların müdafiəsinə xərclənir.

Related Articles

Bir cavab yazın

Back to top button