Yunanıstan Sahil Mühafizəsi aprelin 19-da elan edib ki, Ukraynaya hərbi müdaxilə ilə əlaqədar Moskvaya qarşı Avropa Birliyinin sanksiyaları çərçivəsində Oya adası yaxınlığında Rusiya neft tankerini saxlayıb.
Neft tankerinin saxlanılmasını Amerika müsbət qarşıayıb və yayınladığı açıqlamada Rusiya gəmisinin İran neftini daşıdığını bildirib.
“Reuters”in məlumatına görə, 19 ekipaj üzvü olan və Rusiya bayrağı altında üzən “Pegasus” tankeri Oyanın cənub sahilində Karistos yaxınlığında saxlanılıb.
İrana məxsus tankerlərin peyklər vasitəsilə hərəkətini izləyən Amerikada yerləşən “İranın Nüvə Proqramına Qarşı Alyans” bildirir ki, Pegasus tankerində avqust ayında İranın Siri adasına yüklənmiş 700 min barel İran nefti var.
Qrupun məlumatına görə, neft tankeri “Pegasus” Yunanıstana yola düşməzdən əvvəl yükünü Türkiyə limanlarından birində boşaltmaq niyyətində olub.