İran

İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər

“İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxmaq imkanını istisna etmir”. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bəyan edib.

Avropa Birliyinin SEPAH-ın terror təşkilatları siyahısına salması ilə bağlı son qərarını şərh edən nazir deyib ki, hökuməti Avropa ölkələrinin ordularını “terrorçu” kimi tanımağa məcbur edən İran parlamentinin qərarı əks tədbirdir.

“Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxmaq İranın əks tədbirlərindən biridirmi sualına Hüseyn Əmir Abdullahiyan belə cavab verib: “Əgər rasionallığa qayıtmasalar və mövqelərini düzəltməsələr, istənilən tədbir görülə bilər”. (Report.az)

Related Articles

Bir cavab yazın

Back to top button