İran

İran nüvə silahı əldə etməyə təhlükəli dərəcədə yaxındır

İsrailin baş naziri Qərbin ciddi tədbir görməyəcəyi təqdirdə İranın nüvə bombasına yiyələnəcəyi barədə xəbərdarlıq edib.

Naftali Bennet iyunun 11-də İranın nüvə silahı proqramını təhlükəli şəkildə təkmilləşdirdiyini və Qərbin buna qarşı çıxmayacağı halda Tehran hökumətinin tezliklə nüvə silahı əldə edəcəyi ilə bağlı xəbərdarlıq edib.

İsrailin baş naziri “Teleqraf” qəzetinə müsahibəsində Qərb ölkələrinin İranın nüvə gücünə çevrilməsi təhlükəsini anlamağa başladıqlarına toxunaraq, onları İrana təzyiqləri artırmağa çağırıb.

“İran uranı misli görünməmiş sürətlə zənginləşdirir və nüvə silahı əldə etməyə təhlükəli dərəcədə yaxınlaşır”, -deyə Bennet vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button