İran

İranda daha iki SEPAH zabiti öldürüldü

SEPAH-a yaxın xəbər ajansları iyunun 12-də bir neçə saat fasilə ilə dərc edilən iki ayrı xəbərdə İnqilab Keşikçiləri Korpusunun Xomeyn və Semnan şəhərlərindəki Aerokosmik Qüvvələrinin zabitlərindən olan Əli Kəmani və Məhəmməd Əbdusun öldürülməsi ilə bağlı xəbər yayıblar.

İlk olaraq, SEPAH-ın İctimaiyyətlə Əlaqələr Şöbəsi Əli Kəmaninin Xomeyn şəhərində xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında öldüyünü yazıb.

Bundan bir neçə saat sonra SEPAH-a yaxın “Fars” xəbər ajansı qurumun Aerokosmik Qüvvələrinin Semnan şəhərindəki birləşməsinin zabiti Məhəmməd Əbdusun iyunun 12-də xidməti vəzifəsini yerinə yetirərkən öldüyünü bildirib.

Yayılan xəbərlərdə hər iki SEPAH hərbçisinin ölümü, özəlliklə hansı missiyanı yerinə yetirdikləri zaman öldükləri barədə ətraflı məlumat verilməyib.

Xatırladaq ki, son bir neçə ay ərzində İranın müxtəlif şəhərlərində SEPAH-ın ən önəmli bir neçə zabiti öldürülüb. Bunların isə bir çoxunda İsrail kəşfiyyatının (Mossad) əlinin olduğu barədə məlumatlar yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button