Azərbaycanİran

İran parlamenti etirazçılara qarşı cəzanı sərtləşdirməyi planlaşdırır

İslam Respublikası parlamentinin nümayəndələri yeni layihə təqdim edərək onların “düşmən” adlandırdıqları ölkələrlə əməkdaşlıq edənlərə qarşı məhkəmə hökmlərini ağırlaşdırmaq niyyətindədirlər.

Layihə “ölkənin milli təhlükəsizlik və maraqlarına zidd hərəkətlərlə düşmən dövlətlərlə əməkdaşlıq edənlərin cəzasının gücləndirilməsi” adlanır.

Orada deyilir ki, casusluq və ya düşmən dövlətlərlə, o cümlədən Amerika Birləşmiş Ştatları ilə ölkənin təhlükəsizliyinə və ya milli maraqlarına zidd olan əməkdaşlıq, ölüm hökmünü ehtiva edən “yer üzündə fəsad” hesab edilir.

Bu plan Qərb institutları və mediası ilə istənilən ünsiyyəti və hətta sosial şəbəkələrdəki fəaliyyətləri risk altında qoyur.

Related Articles

Bir cavab yazın

Back to top button