İran

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyası Cənubi Qafqazda baş verənlərlə bağlı bəyanat yayıb

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Cənubi Qafqaz regionunda baş verən son hhadisələrlə bağlı bəyanat yayıb.

“Beynəlxalq səviyyədə tanınmış sərhədlərin və ölkələrin ərazi bütövlüyünün qorunması qaçılmaz zərurətdir və onun hər hansı bir şəkildə pozulması beynəlxalq hüququn prinsiplərinə ziddir və yolverilməzdir”-deyə, bəyanatda bildirilib.

Parlamentinin Milli Təhlükəsizlik Komissiyası, Ermənistanın təxribatlarına işarə etmədən Azərbaycanınəzərdə tutaraq, son aylar Cənubi Qafqazda baş verən hadisələr və hərəkətliliklərin bölgədə sülh və sabitliyin pozulmasına xidmət etdiyini deyib.

Bəyanatda baş verənlərin “beynəlxalq sionizm” və NATO fitnələri nəticəsində meydana gəldiyi iddia edilib və dolayısı yolla Azərbaycan Respublikası təhdid edilib.

“İran İslam Respublikası region ölkələrini mehriban qonşuluğa riayət etməyə çağırır. Aydındır ki, İran, beynəlxalq sionizmin və NATO-nun regionda geosiyasi sui-qəsd planları şəklində həyata keçirdiyi fitnələrə qarşı lazımi, qəti və vaxtında reaksiya verəcək. Davamlı sülh və təhlükəsizliyi pozan illüziyalı tarixi xəyallar və ambisiyalar bu regionun tarixi reallığından və geosiyasi tələblərindən uzaqdır”-deyə, İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının bəyanatında Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi müdafiə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button