İran

İran məhkəmə sisteminin başçısı etirazçılara qarşı təcili tədbir görməyi tələb etdi

İran Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei ölkənin baş prokuroru və məhkəmə orqanlarını etiraz aksiyalarına qatılanlara qarşı dərhal önləyici tədbirlər görməyə çağırıb.

O, bütün ölkə üzrə prokurorlara müraciətində etirazçıları “ictimai və dövlət əmlakına zərər vuran, polisə tabe olmayan və xarici casus xidmətləri ilə əlaqəli” adlandırıb və onlara layiqli cəzaların verilməsinin vacibliyini deyib.

Ejei də başqa Tehran rəsmiləri kimi narazıları “iğtişaşçı” adlandıraraq onların professional şəxslər tərəfindən təşkilatlandırıldıqlarını iddia edib.

Son bir neçə gündə Məhsa Əmininin öldürülməsinə yerli və beynəlxalq reaksiyaların geniş spektri ilə yanaşı, bəzi məhkəmə və hərbi rəsmilər etirazçıları və sosial media fəallarını təhdid etməyə başlayıblar.

Sentyabrın 21-də İİran İnqilabı Keşikçiləri Korpusunun koordinatorunun müavini Məhəmməd Rza Nəqdi Məhsa Əmininin ölümündən sonra keçirilən etiraz aksiyalarını İranda kiber məkanın nəzarətsiz buraxılmasının nəticəsi adlandırıb və ona nəzarət tələb edib.

İran İnqilab Keşikçiləri Korpusu baş verən etirazları “fitnə” adlandırıb və məhkəmə sistemindən sosial mediada bu barədə məlumat yayan və çağırış edənlərə qarşı başqalarına ibrət dərsi ola biləcək ölçü götürməsini istəyiib.

Etiraz aksiyaları zamanı hakimiyyət ictimai əmlakın dağıdılmasını aksiya iştirakçılarına aid etməyə çalışsalar da, bu dağıntıların bir çoxu hökumətə bağlı qüvvələr əli ilə edilr.

Hakimiyyət təxribat törətmək və repressiyaları əsaslandırmaq üçün özünə bağlı şəxslər və təhlükəsizlik məmurları vasitəsilə ümumi əlaka ziyan vurmasını əks etdirən çox sayda videolar və faktlar mövcuddur.

Related Articles

Bir cavab yazın

Back to top button