İran

İran parlamentinin ölkədə səs-küy doğuran “subaylıq” planı

İslam Şurası Məclisinin üzvü və Gənclik Planı Komissiyasının sədri Əmirhüseyn Bankipurfərdin iranlı subay qızların və 30-dan çox yaşı olan boşanmış qadınların ölkə xaricində şiə və müsəlman həyat yoldaşı tapmaları ilə bağlı çıxışı nəinki ictimaiyyətin kəskin reaksiyası ilə üzləşib, hətta parlament üzvlərinin də ənqidinə səbəb olub.

O deyib ki, siyahıyaalmanın nəticələrinə əsasən, 2016-cı ilə qədər İranda 30 yaşlarında təxminən 1,5 milyon qız və 30-50 yaş arasında 700 min boşanmış qadın var. Statistikaya görə, ölkədə onlarla evlənmək istəyən subay kişi yoxdur. Buna görə də, Bankipurfərd həmin qadınları başqa ölkələrdəki şiələrlə evlənməyə çağırıb.

Qeyd edək ki, millət vəkilinin bu açıqlaması hökumətin cəmiyyətdə qocalmanın qarşısını almaq üçün uşaq dünyaya gətirməni sürətləndirmək və hicab layihəsi ilə bağlı səylərinin davamı olaraq ifadə olunub.

Related Articles

Bir cavab yazın

Back to top button