İran

İran parlamentinin üzvü: Ölkədə dərman böhranlı vəziyyətə yaxınlaşıb

İslam Şurası Məclisinin Səhiyyə Komissiyasının üzvü Əbdülhüseyn Ruholəmini Rəis ölkədə dərman preparatlarının artıq böhran vəziyyətinə yaxınlaşdığını deyib.

O, habelə bildirib: “Dərman preparatları böhran vəziyyətinə yaxınlaşıb. Büdcə proqramı haqqında qanunda xarici valyutanın sığortaya yatırılması və dərmanların xalq üçün bahalaşmaması təsdiq edilib. Bu sahəyə 80 trilyon tümən pul ayrılıb”.

“Biz dərman valyutasının sığortalara köçürülməsi planının həyata keçirilməsində bir addım da atmamışıq ki, bu da bizə xeyli problemlər yaradıb”, – deyə parlament üzvü vurğulayıb.

O, daha sonra qeyd edib ki, dövlət tərəfindən dərman alınması üçün hələ də büdcə köçürülməyib və ölkədə artıq dərman qıtlığı hiss olunur.

Related Articles

Bir cavab yazın

Back to top button