İran

İran prezidentinin birinci müavininin panfarsist çıxışı etirazlara səbəb olub

O, fars dilinin dahada yayqınlaşdırılmasından danışıb.

İran prezidenti İbrahim Rəisinin birinci müavini Məhəmməd Müxbirin fars dilinin dahada yayqınlaşdırılması ilə bağlı çıxışı qeyri-fars sosial media istifadəçilərinin narazılığı ilə qarşılaşıb.

Məhəmməd Müxbir fars dilinin inkişaf etdirilməsi ilə bağlı çıxışında bunun Əli Xaməneyinində arzusu olduğunu deyib.

“Fars dilinin elmi nüfuzunun artmasından sonra zaman və məkan məhdudiyyətləri bir kənara qoyulacaq. İslam Respublikasının Ali Rəhbərinin istəklərindən biri fars dilinin elmi nüfuzunun artması, aparıcı elmi dilə səviyyəsinə çatmasıdır”-deyə, birinci vitse prezident fevralın 14-də bildirib.

Qeyd edək ki, bundan öncədə İranın rəsmi dövlət adamları fars dilinin bölgədə, xüsusilə Qafqazda aparıcı dilə çevrilməsi ilə bağlı çıxışlar edib, bunun gerçəkləşməsi üçün daha çox vəsaitin ayrılmasını istəyiblər.

Bunun reallaşması üçün Əli Xaməneyinin ofisinə bağlı və ideolojik təbliğat işləri  aparan “İran Mədəniyyət Mərkəz”ləri, İrana bağlı qeyri-hökumət təşkilatları və dini qruplar  bölgə ölkələrində fəaliyyət göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button