Azərbaycanİran

“İran Qərbi Zəngəzura niyə baş konsul təyin edib?!”

“Erməni KİV-lərinin məlumatına görə, Abedin Vəramin İranın Ermənistanın Sünik şəhərində baş konsulu təyin edilib. Qafan rayonunda İranın yeni Baş Konsulluğu açılıb.

Zəngəzur dəhlizinin reallaşması ətrafında müzakirələrin qızışdığı bir vaxtda, İran rejimi bu addımı ilə Zəngəzurda mövcudluğunu gücləndirmək istəyir. Bu arada, Rusiya Ermənistanla İran sərhədində hərbi varlığını gücləndirməklə Tehrana mesaj verir ki, İranın bundan artıq Zəngəzur məsələsinə qarışmasını istəmir. İran sərhədi yaxınlığında yeni hərbi postlar qurmaqla Rusiya İranın fiziki müdaxiləsini praktiki olaraq əngəlləyib.

Bəzi azərbaycanlı və erməni analitiklərin fikrincə, Qərbin ağır sanksiyalarına məruz qalan Rusiyaya Zəngəzur dəhlizi Şərq-Qərb marşrutu kimi lazımdır və o, bu marşrutun açılmasını istəyir.

İndi və Qərbin yoxluğunda; Türkiyə, Türküstan (Orta Asiya) ölkələri və Çin Rusiyanın mühüm ticarət tərəfdaşlarıdır. Ankara rubl əsasında işləyən Rusiyanın “Mir” kredit kartı sistemini Türkiyədə aktivləşdirməyə razılıq verib. Eyni şey Türküstan və Çində də baş tutacaq. Ona görə də, bu Şərq-Qərb marşrutunun problemsiz işə düşməsi ruslar üçün vacibdir. 40 km-lik Zəngəzur marşrutu İrandan (Güney Azərbaycandan) keçə bilər. Amma bu nəfəsgah Rusiyanın özünün ixtiyarında ola bilərkən, Rusiya onu problemli və təlatümlü regional rəqibin öhdəsinə buraxmağa ehtiyac görmür.

Ona görə də Rusiya, Çin və Türkiyənin maraqları bunu tələb edərsə, Zəngəzur marşrutu açılacaq və İranın Qafanda baş konsulluq açması da şoudan o yana keçməyəcək”

Related Articles

Bir cavab yazın

Back to top button