Dünyaİran

İran qonşuları üçün sürətlə təhlükəyə çevrilir

Rusiya Ukraynadakı müharibə üçün PUA müqabilində İrana ən müasir silahlarını verir.

bu barədə NBC telekanalı Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan yüksək çinli məmur bildirib ki, Rusiya İrana görünməmiş səviyyədə hərbi və texniki dəstək verir.

Qeyd olunur ki, genişləndirilmiş tərəfdaşlıq çərçivəsində Rusiya İranı müasir hərbi texnika və komponentlər, o cümlədən helikopterlər (həmçinin Su-35 qırıcıları) və hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər.

“Bu tərəfdaşlıq təkcə Ukrayna üçün deyil, həm də İranın regiondakı qonşuları üçün təhlükə yaradır. Biz bu məlumatı Yaxın Şərqdəki və dünyadakı tərəfdaşlarımızla paylaşdıq”, – deyə Co Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button