İran

İran Quru Qoşunlarının komandanı Azərbaycanı hədələdi

İran Ordusu Quru Qoşunlarının komandanı Əmir Kiumars Heydəri "qonşu ölkələrdən biri" barəsində hədə ilə danışıb.

Briqada generalı ad çəkmədən Azərbaycanda İsrail qüvvələrinin olduğu barədə köhnə ittihamları yenidən səsləndirib.

Heydəri konkret ölkə adı çəkməsə də 2020-ci ildə baş vermiş 44 günlük müharibəni nəzərdə tutub.

“İranın əldə etdiyi informasiyaya görə, “Qeyri-legitim İsrail rejimi” qonşu ölkələrin birinin ərazisində fəaliyyət göstərib və regiondakı geopolitik şərtləri dəyişmək planlarına sahib olub”, deyə general vurğulayıb.

O, əlavə edib ki, həmin tarixlərdə İran Silahlı Qüvvələri ölkənin şimalında hərbi təlimlər keçirib və bəzi məlumatlar əldə edib.

“İran regionda “sionist rejim”in fəaliyyətini müşahidə edir və bu rejimin elementləri regionu tərk etməlidir”-deyə, Heydəri bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button