İran

İran rəsmisi: “Gəmilərimizin Çin limanlarına girişinə qadağa qoyulub”

İranın Gəmiçilik Qurumu başqanı Məhəmmədrza Müdərris Xiyabani mehr ayının 20-də mətbuata açıqlamasında İranın ticarət gəmilərinin Çin limanlarında lövbər salmasına qoyulan məhdudiyyətlərdən danışıb.

O deyib: Amerikaın İrana qarşı təhrimlər qoyması ucbatından gəmilərinin Çinin bəzi əsas limanlarına girişinə qadağa qoyulub.

“Ötən ildən başlayaraq, ticarət gəmilərimizin Çinin önəmli limanlarına girişinə və onların bu limanlarda lövbər salmasına icazə verilmir. Biz ötən 4 aya qədər tam hərəkətdən dayanmışdıq. Ancaq hələ də Çinin bir sıra önəmli limanlarına girişimizə icazə verilmir”, -deyə Məhəmmədrza Müdərris Xiyabani bildirib.

O, habelə deyib ki, İran Gəmiçilik Qurumunda fəaliyyət göstərən gəmiləri yanacaqla təmin etmək də böyük bir çətinliyə dönüb.

Related Articles

Bir cavab yazın

Back to top button