Onun sözlərinə görə, “Azərbaycan təkcə İran mallarının alıcısı deyil, həm də İran mallarının Qafqaz regionuna və xüsusən də Rusiyaya ixracında xüsusi yer tutur. Beləliklə, Azərbaycan iranlılar üçün həm istehlak bazarı, həm də digər ixrac bazarlarına qapıdır”.
İran rəsmisi qeyd edib ki, “yük maşınları Ermənistan və Türkiyədən də keçə bilsə də, Gürcüstan bazarına ən asan quru yolu Azərbaycandır”.