Azərbaycanİran

İran rəsmiləri Azərbaycan gerçəkliklərini etiraf edir

“Azərbaycanın ərzai bötüvlüyünü tanımaqda Paşinianın doğru qərarı Qafqazda boş və dağıdıcı bir müharibəyə son qoyulmasına səbəb oldu.”- iranlı diplomat Möhsün Pak Ayin.

“Müharibəyə son qoyulması ilə yanaşı,  Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyünün tanınması ilə Sünik Əyalətində də müharibə ehtimalı artıq qaldırılmış oldu.”-deyə  İranın 2012-ci ildən 2016-cı ilədək Azərbaycanda səfiri olmuş diplomat əlavə edib.

Qeyd edək ki, Ermənistanda yerləşən Sünik Əyaləti Azərbaycanın tarixi torpaqları olan Zəngəzur mahalıdır. Zəngəzur Sovet Sosialist Respublikaları çağında Azərbaycanın inzibati ərazi bögüsündən çıxarılıb Ermənistana verilib.

Diplomat sözlərinin davamında Birinci Qarabağ Müharibəsinə toxunub.

“1988-ci ilin fevralından 1994-cü ilin martınadək davam edən dağıdıcı müharibə nəticəsində Qarabağ bölgəsinin müstəqillik elan etməsi dünya ölkələri, BMT və hətta Ermənistanın özü tərəfindən qəbul olunmadı. Bu mövqelərə əsasən Azərbaycan Respublikasının ermənilərin yaşadığı bölgənin müstəqilliyi heç vaxt tanınmayacağı Qarabağ müharibəsinin ilk həftələrindən bəlli oldu.

Belə bir halda Ermənistanın müxtəlif hakimiyyətləri rasist yanaşmalar səbəbindən həmin gerçəkliklə barışa bilməyib müharibə siyasətlərini davam etdirdilər. Nəticədə müsəlman azərbaycanlılar öldürüldü, qaçqın düşdü  və Qarabağdan sürgün edilməklə Ermənistan tərəfindən Azərbaycan Respublikasının 7 şəhəri işğal olunub dağıdıldı.

Azərbaycanın təxminən 1 milyon şiə müsəlmanı qaçqın düşdü. Ermənistan qonşu ölkənin ərazi bütüövlüyünə toxunub həmin bölgələri işğal etdiyinə görə 20 ildən artıq dünya ictimaiyyəti və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qınanılıb.”-deyə Pak Ayin bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının müzəffər ordusu yekun olaraq öz tarixi torpaqlarını erməni işğalından qurtarıb ərazi bötüvlüyünü tam bərpa edəndən sonra İran və iranlı diplomatlar artıq Azərbaycanın ərazi bütövlüyünü və gerçəklikləri etiraf etməyə məcbur olublar.

Lakin Azərbaycan Respublikasının güclənməsinə yaxşı baxmayaraq, hələ də Azərbaycana qarşı qərəzli siyasətlərini davam etdirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button