Dünyaİran

İran rəsmiləri İrəvanda səfərdədirlər

Ermənistanda səfərdə olan İranın Turizm və Avtomobil Federasiyasının rəhbəri Məhəmməd Hüseyn Sufinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyində görüşlər keçirib.

İki ölkənin nümayəndələri Şimal-Cənub magistralının Qarakilsə-Qacaran (Sisian-Kacaran) hissəsinin tikintisi və miqrasiya məsələləri haqda müzakirələr aparıblar.

İran tərəfi bir sıra beynəlxalq sənədləri ratifikasiya etməklə ölkəyə giriş və çıxış prosedurlarının xeyli sadələşdiriləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, İran və Ermənistan arasında turistlərin şəxsi və kommersiya nəqliyyatı ilə səyahətini asanlaşdırmaq məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Related Articles

Bir cavab yazın

Back to top button