İran

İran rəsmisi: Tehran və Moskva ən dərin strateji əlaqələrə başlayıblar

İranın İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü İran və Rusiya əlaqələrinin artıq ən dərin strateji mərhələyə çatdığını deyib.

“İki böyük enerji hasil edən ölkə arasında əməkdaşlıq sazişinin imzalanması Tehran və Moskvanın bu sahədə təşəbbüskarlığı ələ almasına səbəb olub”, – deyə Mahmud Abbaszadə Meşkini bildirib.

O, İRNA-ya açıqlamasında, habelə qeyd edib: “İran və Rusiya neft və qaz enerjisinin istehsalında iki mühüm qütbdür və bütün ölkələrin bu sektora ehtiyacı var və ondan asılıdırlar. Əlbəttə ki, bu sektorda müqavilənin imzalanması regiondakı proseslərə təsir edə bilər”.

Meşkininin iddiasına görə, əgər İranın Rusiya ilə neft-qaz sahəsi üzrə bu anlaşması icra edilərsə, o zaman hər iki ölkə dünya neft bazarının idarə edilməsi və qiymətlərin təyin olunmasında əhəmiyyətli rola sahib ola bilərlər.

“Dünya enerjisinin əhəmiyyətli hissəsi Rusiya və İran tərəfindən istehsal olunur və Qərb bu sektordan çox asılıdır. Təbii ki, enerji sektoruna tətbiq edilən sanksiyalar Avropa ölkələrinin marağında deyil və onların mənafelərini təhdid edir”, – deyə sonda o, fikrini tamamlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button