İran

İran rəsmisi Zəlmi Xəlilzadın sözlərini rədd edib

İran Amerikanın Əfqanıstan İşləri üzrə Özəl Nümayəndəsinin sözlərini rədd edib. Rəsmi nümayəndə Zəlmi Xəlilzad bildirib ki, “İranın istəyi Amerikanın Əfqanıstanda daimi cəngdə ilişib qalmasıdır”.
Əfqanıstan İşləri üzrə İranın Xarici İşlər Vizarətinin özəl nümayəndəsi Məhəmməd İbrahim Tahirian Fərd isə Zəlmi Xəlilzadın həmin sözlərini inkar edib. Belə ki, onun sözlərinin “gerçəkliyə uzlaşmayan” və “məsuliyyətsiz danışıqlar” olduğu deyilib.
“Bu amerikalı məqamın sözləri Do:hə razılaşması qurucularının Əfqanıstanda sülh gedişinin irəli aparılmasında yol verdikləri yanlışların nəticəsi olaraq deyilib. Onlar öz yaramaz siyasətlərini tocih etmək üçün ayrı ölkələri qınamağa və qapazlama oyununa keçiblər”, – deyə Tahirian Fərd söyləyib.
Vurğulayaq ki, Zəlmi Xəlilzad mehrin 3-ü Amerikanın Sülh Müəssisəsində çıxış edərək İrana sülh danışıqlarına qoşulmağın önərildiyini vurğulayıb”.

Related Articles

Bir cavab yazın

Back to top button