İran

İran rəsmisindən cəfəng açıqlama: Ermənistan hökuməti Azərbaycanla savaşdan sonra sülhü bərqərar etməyə çalışan sülhsevər dövlətdir

İranın hüquqi məsələlər üzrə vitse-prezidenti Ermənistanın ədliyyə naziri Karen Andrasyan ilə görüşdə deyib: İslam Cumhuriyyətinin siyasəti hərtərəfli əməkdaşlığı, xüsusən də qonşularla iqtisadi və ticarət əməkdaşlığını inkişaf etdirməkdir.

“Aznews tv” xəbər verir ki, İran və Ermənistan arasında tarixi və dostluq əlaqələrindən dəm vuran Məhəmməd Dehqan sərsəm açıqlama verib: Ermənistan hökuməti Azərbaycanla müharibədən sonra sülhü bərqərar etməyə çalışan sülhsevər dövlətdir.

O, Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarından məmnunluğunu bildirərək əlavə edib: Bəzi dövlətlər öz müdaxilələri ilə qonşularımız arasında nifaq salıb, bölgədə böhrana səbəb olublar. Məsələləri dialoq yolu ilə həll etmək, bölgədə sülhü bərqərar etmək lazımdır.

İki ölkə arasında ekologiya sahəsində əməkdaşlığa toxunan İran rəsmisi, Araz sərhəd çayının çirklənməsinin qarşısının alınmasının önəmini vurğulayıb və Ermənistan hökumətini çirkab suların təmizlənməsi və çirkli suların Araz çayına daxil olmasının qarşısının alınması üçün daha çox səy göstərməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button