İran

İran rəsmisindən etiraf: Suriya rejimi çox zorakılıqlar edib və öz xalqını qırıb

Əli Mütəhhəri Suriya rejiminin öz xalqına qarşı amansız rəftar etdiyini və öz xalqını qətlə yetirdiyini bildirib

İran parlamentinin keçmiş üzvü Əli Mütəhhəri İranın Suriyadakı xalq etirazlarına müdaxiləsi ilə bağlı “ScanNews”a verdiyi özəl açıqlamasında açıq şəkildə deyib: “İlk dəfə Suriyada etirazlar və üsyanlar olanda və Suriya xalqı etiraza qalxanda biz buna müdaxilə etməməli idik”.

O, sözlərinə belə davam edib: “O zaman biz məsləyə qarışmamalı idik, çünki bu, xalq üsyanı idi və hakimiyyətə gələcək növbəti hökumət Suriya xalqı üçün pis olmaya bilrədi”.

İran Məsləhət Şurasının üzvü daha sonra İranın Rusiyanın Ukraynaya hərbi təcavüzünü qınamalı olduğunu və hücumdan iki gün sonra Rəisinin Putinə zəng vuraraq dolayısı ilə dəstək göstərməməli olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button