
Azərbaycanlı fəallar ETTELAAT orqanlarının müdaxiləsi və məhkəmə orqanlarına mane olması səbəbindən hələ də zaminə buraxılmayıblar.
Həmçinin bu işlə bağlı digər azərbaycanlı fəallar Fatimə Ataşi Xiyavi, Vədud Əsədi, Aydın Məhəmmədi, Abdullah Vahidi, Salar Tahir Afşar da cəzalarını çəkmək üçün 2025-ci ilin fevralından Evin zindanına köçürülüblər.
Qeyd edək ki, adları çəkilən azərbaycanlı fəallar 2024-ci ilin yanvar ayının 6, 7 və 8-də Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav, Urmu, Astara və İslamşəhrdə məhkəmə qərarı olmadan kəşfiyyat qüvvələri tərəfindən həbs ediliblər.
Azərbaycanlı fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və sövdələşmək”, “İslam Respublikasına qarşı təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar və Tehran İslam İnqilabı Məhkəməsinin hakimi Əbdülqasım Sələvatinin qərarı ilə həbs ediliblər.