AzərbaycanBölgə

İran rejimi azərbaycanlı milli fəal Yusif Pircanini həbs edib

İran rejimi Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Yusif Pircanini həbs edərək, Xoydakı zindana salıb.

Azərbaycanlı milli fəalların verdiyi məlumata görə, Yusif Pircani dekabrın 22-də İran rejiminin Xoy şəhərindəki İnqilab Məhkəməsinin qərarların icrası bölməsinə müraciə etdikdən sonra yaxalanıb və Xoy şəhərindəki rejimin zindanına köçürülüb.

Qeyd edək ki, Yusif Pircani iyul ayının 24-də Xoy şəhərində  rejimin ETTELAAT məmurları tərəfindən yaxalanaraq təcridxana aparılıb və 15 gündən sonra ağır girov qarşılığında zaminə buraxılmışdı.

Pircani “Hökumətə qarşı təbliğat” ittihamı ilə 3 ay həbs cəzasına məhkum edilib. Azərbaycanlı fəal iyulun 24-də Təbriz başda olmaqla bir sıra Güney Azərbaycan şəhərində əl-Əhvaz etirazların dəstək mitinqinin keçirilməsi ilə bağlı yaxalanmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button