Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

İran rejimi Ərdəbildə azərbaycanlı fəal Ramin Nəcəfvəndi Kəşfiyyat Polisinə çağırılıb

Traxtur komandasının ərdəbilli tərəfdarı Ramin Nəcəfvənd 10 may, şənbə günü Ərdəbildə Kəşfiyyat Polisinə çağırılıb və bir neçə saat dindirilib.

 

Məlumata görə, onun çağırılma səbəbi ötən cümə axşamı “Traktor” azarkeşlərinin və Ərdəbil əhalisinin şənliyində iştirak etməsi ilə bağlı olub.

Qeyd edək ki, Azərbaycan Milli Hərəkatından olan Yusif Kari və Səccad Qurbani, bundan başqa Traxtorun Ərdəbilli tərəfdarlarından Əhməd Seyfi mayın 8-i cümə axşamı günü həbs edilib və Ərdəbil Polisinin Kəşfiyyat Təcridxanasında bir gün saxlandıqdan sonra sərbəst buraxılmışdılar.

Bu azərbaycanlı fəalların yaxınlarının bildirdiyinə görə, onların həbsi zor tətbiqetmə ilə baş tutub. Bu zaman Yusif Kari qulaqlarından və boynundan, digər fəallar isə başlarından xəsarət alıblar.

Related Articles

Bir cavab yazın

Back to top button