Dünyaİran

Iran rejimi “Hüseyniyyun” terror təşkilatının üzvünə 40 mərasimi keçirilib

İran rejimi bu yaxınlarda Bakı həbsxanasında vəfat edən “Hüseyniyyun” terror təşkilatının vaxtilə Suriyada döyüşmüş fəal üzvü Tale Yusifova Ərdəbildə 40 mərasimi təşkil edib.

Tədbirdə, Azərbaycan Respublikasında axtarışda olan və SEPAH-a sığınan terrorçulardan bəzisi, iranlı mollalar və SEPAH üzvləri iştirak ediblər.

Antiazərbaycan tədbirdə Azərbaycana qarşı ənənəvi ittihamlar səsləndirib, “islamın təhlükədə olduğu”nu iddia edərək vətəndaşları iğtişaşa çağırıblar.

Bununla bağlı təşkilatın media qanadı olan “Azərbaycan Araşdırmaları Mərkəzi” fotoşəkillər paylaşıb.

Qeyd edək ki, terrorçu fəaliyyətinə görə beynəlxalq axtarışda olan Taleh Yusifov Suriyadan Rusiyaya gedib, 2022-ci ildə isə Azərbaycan Respublikasına ekstradisiya edilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button