İran

Iran rejimindən daha bir ayrı-seçkilik: universitetdə fars dili oxuyanlara ayda 5 milyon tümən təqaüd veriləcək

Türk dilinin tədrisini qadağan edən irqçi fars-molla rejimi qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə universitetdə fars dili və ədəbiyyatı oxuyacaqları təqdirdə ayda 5 milyon tümən təqaüd verəcək. İranın Tələbə İşləri Təşkilatının rəhbəri və elm nazirinin müavini Haşım Dadaşpur bu barədə məlumat verib.

Iran rejiminin nazir müavininin bu çıxışı qeyri-fars tələbələrin narazılığına səbəb olub. Onlar İranda yaşayan xalqların hamısından vergi alındığı halda, yalnız fars dili və ədəbiyyatının inkişafına əhəmiyyət verilməsindən nahatalıqlarını bildirib, bunu ayrı-seçkiliyin növbəti nümunəsi adlandırıblar.

Related Articles

Bir cavab yazın

Back to top button