İran

İran rialı dolar qarşısında tarixdə ən aşağı həddə düşdü

İranda pullarla bağlı bilgi verən "Bonbəst" saytının xəbərinə görə, bir İngilis funtu rial qarşısında 40 min 320 tümənə dəyişdirilib

Vyanada atom anlaşmasının canlandırılmasına dair müzakirələrin nəticəsinə ümidlərin azalması ilə İran milli pulu- rial dolar qarşısında özünün tarixdə ən aşağı həddinə çatıb.

Azər ayının 14-də bir Amerika doları İran pul bazarında rial qarşısında 30 min 450 tümənə mübadilə edilib ki, bu da tarixdə rialın dolar qarşısındakı ən aşağı həddi sayılır.

İranda pullarla bağlı bilgi verən “Bonbəst” saytının xəbərinə görə, bir İngilis funtu rial qarşısında 40 min 320 tümənə dəyişdirilib.

Xatırladaq ki, bundan öncə Həsən Ruhani dövləti rialın ən aşağı həddə enməsində rekord qırsa da, indi bu rekordu İbrahim Rəisi dövləti yeniləyib.

Rialın dəyər itirməsi tükətimçilərin alıcılıq qabiliyyətinin azalmasına və ölkəyə gətirilən malların qiymətinin artmasına səbəb olur.

Related Articles

Bir cavab yazın

Back to top button