Bu barədə Niderlandın xarici işlər naziri Vopke Hukstra tviterdə yazıb.
“Mən İrandakı edamlarla bağlı ciddi narahatlığımızı bildirmək üçün İran səfirini çağırmaq niyyətindəyəm və Aİ ölkələrini də oxşar addımlar atmağa çağırıram”, – diplomat vurğulayıb.
Qeyd edək ki, İranda daha iki etirazçı 7 yanvar tarixində edam olunub. (report)