Azərbaycanİran

İran səfirinə xəbərdarlıq: “Abbas Musəvi diplomat fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olurdu” -Yeganə Hacıyeva

​​​​​​​Noyabrın 11-də İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə son zamanlar İran mediasında Azərbaycan Respublikası əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İran İslam Respublikasının yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin  iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan Respublikasının vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi və cinayətkarların təhvil verilməsinin zəruriliyi bir daha qeyd olunub.

Azərbaycan Respublikasında separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib.

İranda Azərbaycana qarşı bu kimi məlumatların yayımlanmasının və fəaliyyətin aparılmasının qəbuledilməz olduğu və ən qısa zamanda bunlara son verilməsinin gözlənildiyi vurğulanıb.

Politoloq Yeganə Hacıyeva Günaz.tv-yə açıqlamasında bildirib ki, İran tarixən Azərbaycana qarşı fəaliyyətdə olub:

“Amma son 30 ildə bu siyasət aktiv fazaya daxil olub. Bu aktiv faza da 44 günlük Vətən Müharibəsində qələbəmizdən sonra olub.

İran bizim işğalda olan əraziləri Avropaya çıxış üçün dəhliz kimi, çirkli terror daşımaları üçün, narkotika tranziti kimi üçün istifadə edib.

44 günlük müharibədə Azərbaycan şəhidlərinin dəfn mərasimlərini İran ideologiyasına uyğun təbliğat vasitəsinə çevrilib. Şəhid dəfn olunan hər gün məlum şəbəkə İran maraqlartının ixracı üçün fəallıq göstərib.

Son zamanlar İran liderləri, hərbçiləri Azərbaycan münasibətlərdə qırmızı xətti keçiblər. Azərbaycanı açıq təhdid edirlər. Azərbaycan bunlara sakit yanaşırdı.

Ta o vaxta qədər ki İran lideri Əli Xamneyi Azərbaycanın haqq savaşına kölgə salan açıqlama verdi. Guya Azərbaycan Ermənistanın torpaqlarını işğal edib, Azərbaycan tərəfindən Ermənistan qarşı yaxın Şərqdən gəlmiş terrorçular döyüşür və s.

Bu yaxınlarda eyni iddianı Nikol Paşinyan səsləndirdi. Bundan başqa İran Azərbaycanla sərhəddə 7-ci hərbi təlimini keçirdi. Azərbaycan artıq buna loyal yanaşa bilmir.

Bu fikri ideoloji rəhbərin söyləməsi artıq bardağı daşırdı. Buna cavab vermək lazım idi. Bu, bizim dövləti maraqlarımızın əleyhinə idi. Dövlət maraqlarını qoruyan Azərbaycan buna cavab vermək zorunda qaldı”.

Yeganə Hacıyeva deyib ki, Abbas Musəvi son zamanlar diplomat fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olurdu: “İran səfiri Azərbaycan ərazisində açıq və bəzən gizli şəkildə İranın özünün hesab etdiyi dini icmalarla görüşürdü. Bu görüşləri açıq elan edirdilər.

Bu fəaliyyət birmənalı olaraq Azərbaycan dövlətinin əleyhinə göstərilir. Azərbaycan məcbur oldu ki, buna cavab versin”.

Related Articles

Bir cavab yazın

Back to top button