İran

İran səfirlikləri qarşısında etiraz aksiyaları keçirilib

Sentyabrın 25-i Fransanın paytaxtı Parisdə İran konsulluğu qarşısındakı nümayişçilərə polis müdaxilə edib.

Londonda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyasında “İran İslam Respublikasına ölüm” və digər şüarlar səsləndirilib.

Qlazqoda yaşayan iranlılar İranda ümumxalq etirazlarına dəstək nümayişi keçirib və Tehran hökuməti məmurlarının dinc etirazçılara atəş açmasını pisləyiblər.

Amerikada Nyu-York, San Fransisko və Los-Anceles şəhərləri, Kanadada Toronto, Kalqari və Vankuver şəhərləri ölkə daxilində xalqla birlik və həmrəylik elan etmək üçün mitinq və etiraz yürüşlərinə səhnə olub.

Bu aksiyaların çoxunda etirazçılar “Xameneyiyə ölüm”, “diktatora ölüm”, “axund rədd olmalıdır”, “Biz İslam Respublikası istəmirik” şüarları səsləndiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button