İran

İran səhiyyə rəsmiləri ölkədə “omikron”un yayılması ilə bağlı xəbərdarlıq edib

"Aznews tv" ın xəbərinə görə, o, dekabrın 27-də "ShabakeKhabar" ajansına verdiyi açıqlamasında bildirib ki, virusa yoluxan şəxsin ailəsini də nəzərə alsaq, yoluxanların sayı qeyd olunan statistik rəqəmlərdən çoxdur

Koronavirusla Mübarizə üzrə Milli Qərargahın üzvü Əlirza Biqləri ölkədə artıq 34 vətəndaşın koronavirusun yeni ştammı olan omikrona yoluxduğunu deyib.

“Aznews tv” ın xəbərinə görə, o, dekabrın 27-də “ShabakeKhabar” ajansına verdiyi açıqlamasında bildirib ki, virusa yoluxan şəxsin ailəsini də nəzərə alsaq, yoluxanların sayı qeyd olunan statistik rəqəmlərdən çoxdur.

Biqləri daha sonra qeyd edib: “Öskürmək, asqırmaq, bədən ağrısı, qızdırma kimi bir sıra əlamətlər omikronun göstəriciləri ola bilər. Belə əlamətləri olan insanlar omikrona yoluxa biləcəklərini düşünərək özlərini karantinə alsınlar”.

Xatırladaq ki, daha öncə İran səhiyyə nazirinin müavini Kamal Heydəri ölkədə omikrona yoluxmada 1800 şübhəli vətəndaşın olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button