İran

İran rejimi tezliklə Yəmən husiləri yanında öz yeni səfirini təyin edəcək

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib ki, tezliklə Yəmən husiləri yanında İranın yeni səfiri təyin ediləcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib ki, tezliklə Yəmən husiləri yanında İranın yeni səfiri təyin ediləcək.

“Aznews tv”  xəbər verir ki, İran rejimi dəstəklədiyi Yəmən husiləri yanındakı keçmiş səfiri Həsən İrlunun öldürülməsindən cəmi bir nəftə sonra yeni səfirin təyin edilməsi ilə bağlı işlərə başlayıb.

Səid Xətibzadə dekabrın 27-də baş tutan mətbuat konfransında bildirib: “Hazırda İranın Yəməndəki səfirliyində müvəqqəti idarəçi, səfirin işlərini icra edir. Yeni səfir isə prezident tərəfindən seçildikdən sonra elan ediləcək”.

Xatırladaq ki, İranın maddi və silah təminatı ilə dəstəklədiyi Yəmən husiləri yanındakı səfiri Həsən İrlu İsrailə aid edilən raket hücumları nəticəsində Səna şəhərində öldürülüb. İran rejimi isə İrlunun koronavirusdan öldüyünü iddia edib.

Related Articles

Bir cavab yazın

Back to top button