İran

İran silahlarını daşıyan gəmi ələ keçirildi

Amerikanın xarici işlər vəziri Yəmən sahillərində ələ keçirilən yüklərin içərisində 200 qəbzə Ar Pi Ci, 1700 qəbzə Kalaşnikov tüfəngi, 21 ədəd yer-hava raketi, 21 ədəd yerdən-yer raketi, bir neçə ziddi tank raketi, başqa modern silah və raketlərin olduğunu bildirib. “Reuters” xəbər verir ki, Pompeo “Əmniyət Şurasının bölgədə daha çox qarşıdurmaların baş verməsinin qarşısını almaq üçün İrana qarşı silah təhrimini uzatmalı olduğunu” vurğulayıb. “Heç bir ağıllı insan İranın əldə etdiyi hər hansı silahdan sülh hədəfləri üçün istifadə edəcəyinə inana bilməz” deyə əlavə edib. Qeyd edək ki, Yəmən sahillərində bu silahların ələ keçirildiyi bir vaxtda Birləşmiş Millətlər Təşkilatının Əmniyət Şurasında İrana qarşı silah təhriminin uzadılması məsələsi qaldırılıb. Hazırda Pompeo Amerikanın, Birləşmiş Millətlər Təşkilatının Əmniyət Şurasında İrana qarşı silah təhrimini uzatmasına inandırmaq səylərinə rəhbərlik edir. İranla atom razılaşmasına, yəni Bərcama əsasən, İrana qarşı silah təhrimi oktobrda başa çatacaq.

Related Articles

Bir cavab yazın

Back to top button