İran

Qaradağ meşələrində yanğın

Şərqi Azərbaycanın Böhranı İdarə etmə İdarəsinin baş müdiri Məhəmmədbağır Hünərbər Tir ayının 18-də bildirib ki, Qara Dağ Meşələrində yanğın davam edir. O, yanğını söndürməyə helikopter istədiklərini bildirib. “Qara Dağ Meşələrində yanğın yenidən yayıldığına görə, Xudafərinin Qara Tikanlı bölgəsində yanğın əvvəlkindən daha kəskin başlanıb. Günorta baş verən yanğın söndürülməklə əməliyyatın dayandırılması göstərişi verilib. Amma yenidən Xudafərinin Qara Tikanlı bölgəsində 3 yerdə yanğın daha kəskin başlayıb” deyə o əlavə edib. Qızıl Ayparanın helikopteri bölgədədir. Yanğını önləməyə Tehrandan da helikopter göndərilməsini istəmişik və sabah Difa Vizarətinin çənli helikopteri bölgədə olacaq”- deyə, Hünərbər məlumat verib. ” Ərteşdən də kömək istəmişik və bildiriblər ki, qüvvələri sabah Xudafərində olacaq. Təbrizin Yanğınsöndürmə Əməliyyat Timi də bölgədədir. Meşədə yanğının söndürülməsi gecə mümkün deyil və ona görə də Tir ayının 19-u səhər bütün güclə yanğını söndürməyə Qara Dağ Meşəsinə girəcəklər.” -deyə vurğulayıb.
Xatırladaq ki, Qara Dağ Meşəlikləri 164 min hektardır. Şərqi Azərbaycan və Ərdəbil ustanlarının ən şumal tərəfində yerləşərək ölkənin ən dəyərli meşəlikləri sırasındadır.

Related Articles

Bir cavab yazın

Back to top button