İran

İran şimal cənub dəhlizi yaratmaq istəyir

İran 2025-ci ilə qədər Şimal-Cənub nəqliyyat dəhlizinin tamamlanmasını və işə salınmasını görməyə ümid edir:

“Biz ümid edirik ki, İranın hazırkı hökumətinin (prezident İbrahim Rəisi başçılıq edir) müddəti başa çatana qədər Şimal-Cənub Dəhlizi layihəsinin tamamlanmasını və dəmir yolu xətlərinin açılmasını görəcəyik”, – İqtisadiyyat və Maliyyə Naziri Ehsan Xanduzi RİA Novosti-yə müsahibəsində bildirib.

Beynəlxalq Nəqliyyat Dəhlizi Sankt-Peterburqdan Mumbay limanına uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur. Dəhliz Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativdir.

Related Articles

Bir cavab yazın

Back to top button