Dünya

Suriyada İrana bağlı qüvvələrin silah anbarı məhv edilib

Martın 22-də Suriyanın Hələb şəhərinin beynəlxalq hava limanı yaxınlığında yerləşən İrana bağlı silahlı qüvvələrin silah-sursat anbarı hava zərbələri nəticəsində dağıdılıb.

Bu barədə məlumat yayan “Röyters” xəbər agentliyi hücum nəticəsində Hələb hava limanının da ağır xəsarətlər aldığı və fəaliyyətinin dayandırıldığı bildirilib.

Məlumatda İsrail qırıcılarının İrana məxsus raketlərin saxlanıldığı anbarlara endirdiyi zərbələr nəticəsində güclü partlayışların baş verdiyi qeyd edilib.

Hələb hava limanından İran silahları və Tehran rejiminə bağlı qüvvələrin daşınması üçün istifadə edilirdi.

Related Articles

Bir cavab yazın

Back to top button