BölgəDünyaİran

“İran siyasi coğrafiyada dəyişikliyi qəbul etməyəcək”-İbrahim Rəisi

İran nprezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşiniyanla telefonda danışıb. Qafqaz bölgəsinin siyasi coğrafiyasında dəyişiklik ehtimalı ilə bağlı İran rəsmilərinin fikirlərini təkrar edib.

“İran regionun siyasi coğrafiyasında heç bir dəyişikliyi qəbul etmir və Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması, onun böyüməsi və inkişafı üçün bütün imkanlarından istifadə etməyə hazırdır”-deyə, Rəisi bildirib.

İran mediasının verdiyi xəbərə görə, Rəisi avqustun 10-u, axşam saatlarında Ermənistanın baş naziri ilə danışığında iki ölkə arasındakı münasibətləri tarixi və dərin adlandırıb və Tehranla İrəvan arasında davamlı iqtisadi əməkdaşlıq səviyyəsinin artırılmasının planlaşdırılmasının zəruriliyini vurğulayıb.

“Üçtərəfli atəşkəs bəyanatını imzalayan dövlətlərin onun müddəalarına sadiq qalması və qalan məsələlərin dialoq və diplomatik yolla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin yaradılmasının ən yaxşı yoludur”-deyən, İran prezidenti qeyd edib.

O, İranın rəhbəri Seyid Əli Xameneyinin Rusiya və Türkiyə prezidentləri ilə son görüşdə İranın Qafqaz regionunda öz sərhədlərinə həssaslığı və bu sərhədləri dəyişdirmək cəhdinə qarşı çıxması ilə bağlı strateji bəyanatlarına toxunub.

Ermənistanın baş naziri Nikol Paşinyan da bu telefon danışığında Ermənistanla Azərbaycan arasında baş verən son münaqişələr barədə ətraflı məlumat verib.

Ermənistanın baş naziri Tehran-İrəvan əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və ölkəsinin iki ölkə arasında yüklərin tranzitini asanlaşdırmağa, infrastruktur, o cümlədən yol və enerji sahələrində əməkdaşlığı artırmağa hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, İran prezidentinin Qafqazda siyasi coğrafiyanın dəyişdirilməsi ilə bağlı fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Zəngəzur dəhlizi ilə bağlı çıxışından sonraya təsadüf edir.

“Ermənistan istəsə də, istəməsə də Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqəsi qurulacaq”-deyə, C. Bayramov avqustun 9-da bildirmişdi.

Xatırladaq ki, İranın rəhbəri Seyid Əli Xaməneyi iyulun 19-da tvitter səhifəsində etdiyi paylaşımında Ermənistan-İran sərhəddinin bağlanması ehtimalından narahatlığını ifadə edib.

“Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Ancaq əgər İran-Ermənistan sərhəddinin bağlanması siyasəti olsa İran buna qarşı çıxacaq. Ona görə ki, bu yol neçə min illik əlaqə yoludur”-deyə, Əli Xameneyi yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button