Dünya

Koreyada güclü qasırğa dağıntılara səbəb olub

Korənin cənub-şərq sahillərindən irəliləyən “Maysak” qasırğası səbəbindən ən az 64 min ev elektriksiz qalıb. Bu barədə Milli hava idarəsi məlumat yayıb. Bildirilib ki, “Maysak” ölkə tarixində görünən sürətinə görə sayca 7-ci qasırğadır. Cənub Jeju adasının ərazisində küləyin sürəti 49 m/s-yə çatıb. Dağlıq bölgələrə 1000 mm yağıntı düşüb. Çox sayda xəsarət alanlar var, əhaliyə maddi ziyan dəyib. Busan şəhərindəki əsas otoban və köməkçi yollarda hərəkət dayandırılıb. Korə Dəmir Yolları şirkəti ehtiyat tədbiri olaraq çərşənbə günü təxminən 40 reysi ləğv edib. Ölkənin güney bölgələrinə çərşənbə axşamı günündən etibarən fırtına xəbərdarlığı edilib.

Related Articles

Bir cavab yazın

Back to top button